“Qarabağ”ın rəqibi “Spartak”ın futbolçusunu transfer etdi

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Marsel” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Fransa klubu Moskva “Spartak”ından Smauel Jiqonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Jiqo mövsümün sonuna qədər “Spartak”da icarədə çıxış edəcək. Fransalı futbolçu “Marsel”ə yayda qoşulacaq.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu fevralın 17-də Fransada keçirəcək. Cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button