“Qarabağ”ın rəqibi darmadağına sevindi

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj” klubu Lüksemburq kubokunda yeni mövsümün ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “Düdelanj”ın 1/32 final mərhələsində rəqibi “Eşternax” klubu olub. Aşağı liqa təmsilçisinə 6:1 hesabı ilə qalib gələn “Düdelanj” ölkə kubokunda 1/16 finala yüksəlib.

“Düdelanj” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu oktyabrın 3-də “Qarabağ”a qarşı keçirəcək. Lüksemburq təmsilçisi qrup mərhələsinin ilk oyununda səfərdə APOEL-i məğlub edib. “Qarabağ” isə “Sevilya”ya uduzub – 0:3.