“Qarabağ”dan “Yuventus”a atmaca FOTO

“Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Atletiko”ya 0:2 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, ötən mövsüm ÇL-in qrup mərhələsində “Atletiko”nun rəqibi olmuş “Qarabağ” klubu rəsmi “facebook” səhifəsində oyunla bağlı maraqlı paylaşım edib.

“Köhlən atlar” səfərdə “Atletiko”ya vurduğu qolun videosunu paylaşaraq, bu sözləri qeyd edib: “Yuventus”, “Atletiko”ya necə qol vurmağı görmək istəyirsiz? Miçel, bəlkə bir oyun(luq)?”

“Qarabağ” ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində “Atletiko” ilə evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button