
“Qarabağ”a xəbərdarlıq edildi, 10 min manat cərimə olundu
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul olunub.
“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” 2500 manat cərimə edilib.
Oyunun 54-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” 7000 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Qarabağ” 3000 manat cərimə edilib. Stadiona dəymiş ziyan “Qarabağ” tərəfindən qarşılanacaq.
“Sabah” – “Qarabağ” oyununa “Qarabağ” təyin edilmiş vaxtdan gec gəldiyinə görə kluba xəbərdarlıq edilib.
Bizi Facebook-da izləyin



