“Qarabağ”a qol vurdu, tarixə düşdü

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyun “Sevilya”nın hücumçusu Brayan Gil üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, gənc forvard İspaniya futbolunun tarixinə düşüb. O, buna matçın 61-ci dəqiqəsində vurduğu qolla nail olub. Belə ki, 54-cü dəqiqədə oyuna qoşulub az sonra hesabı açan Gil, 21-ci əsrdə doğulan ispaniyalı futbolçular arasında Avropa Liqasında qol vuran ilk oyunçu olub.

“Sevilya” – “Qarabağ” matçı birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button