“Qarabağ” və “Sabah”ın legionerlərinə milli dəvət

“Qarabağ”ın beş legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

Komanda.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Marko Veşoviç və Marko Yankoviç Monteneqro, Luka Quqeşaşvili Gürcüstan, Patrik Andrade ilə Leandro Andrade Kabo Verde yığmasına dəvət olunublar.

Monteneqro millisi noyabrın 16-da evdə Litva, üç gündən sonra səfərdə Macarıstanla üz-üzə gələcək.

Kabo Verde isə noyabrın 18-də Anqola, 21-də Esvatini ilə qarşılaşacaq.

Gürcüstan yığması noyabrın 16-da Şotlandiyanı qəbul edəcək, 19-da İspaniyanın qonağı olacaq.

Yeri gəlmişkən, Gürcüstan yığmasına dəvət alanlar arasında “Sabah”ın hücumçusu Davit Volkov da var. Paytaxt klubunun digər legioneri Vensan Till də Lüksemburq yığmasına çağırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button