“Qarabağ” rəsmisi UEFA konfransında

İtaliyanın paytaxtı Romada UEFA-nın illik təhlükəsizlik konfransı (UEFA Safety&Security Conference) keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə “Qarabağ” Futbol Klubunu PR & Marketinq şöbəsinin rəhbəri Yusif Cəfərov təmsil edib.

Toplantıya AFFA-nın əməkdaşı Vasif Mahmudov da qatılıb.

Konfransda Avropa Liqasının qrup oyunları zamanı meydan sahibi və qonaq komanda azarkeşlərinin təhlükəsizliyi müzakirə olunub. Tədbir iştirakçıları digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button