Sumqayıtda heç-heçə, “Sabah”dan Şamaxıda vacib qələbə

Futbol üzrə Misli Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Səbail” doğma meydanda “Qəbələ”ni qəbul edib. Üç qolun qeydə alındığı oyunda qonaqlar çətin qələbəyə seviniblər.

“Zirə” dünən Tovuz səfərində “Turan Tovuz”la qarşılaşıb. Dörd qolun qeydə alındığı matç qonaqların əzmkar qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi oyunu olan “Qarabağ” – “Neftçi” matçı da dünən keçirilib. Bu görüşdə qələbə qazanan komanda turnir cədvəlinin vahid liderinə çevriləcəkdi. Qarşılaşmada hesabı qonaqlar açsa da, Ağdam təmsilçisi əzmkar qələbə qazanmağa nail olub.

Son oyun günündə mövsümun iddialılarından olan “Sabah” Şamaxıda eyniadlı komanda ilə üz-üzə gəlib və son dəqiqə qolu ilə vacib qələbəyə sevinib.

Tura Sumqayıtda yekun vurulub. “Sumqayıt” doğma publika önündə özü kimi autsayderlər qrupunda qərarlaşan “Kəpəz”lə münasibətinə aydınlıq gətirib. Bu oyun baş məşqçi postuna qaytarılan Samir Abasovun “Sumqayıt”la cari mövsümdə ilk sınağı olub. Qarşılaşma isə qolsuz bitib.

Misli Premyer Liqası, 8-ci tur

30 sentyabr

Səbail – Qəbələ 1:2
Qol: A.Ramazanov, 61-pen – İ.Alimi, 54-pen. Ü.İsgəndərov, 90.
Qırmızı vərəqə: Q.D.Fransa, 44.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”

Səbail: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 39. Tural Bayramlı, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 30. Franko Mazurek, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

1 oktyabr

Turan Tovuz – Zirə 1:3
Qol: Natan Oduva, 26 – Coşqun Diniyev, 33. Hamidu Keyta, 40; 47.
Hakimlər: Rauf Abdullayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ceyhun Haşımov
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
Zirə: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 5. Moiz Adileu, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

Qarabağ – Neftçi 3:1
Qol: K.Borges, 56. A.Zubir, 67. K.Ovusu, 74 – E.İsrafilov, 24.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Kvabena Ovusu, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov

Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 4. Solomon Kverkveliya, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf

2 oktyabr

Şamaxı – Sabah 0:1
Qol: A.Ba, 90+1.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov, 24. Edqar Adilxanov
Baş məşqçi: Vüqar Əsgərli

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

Sumqayıt – Kəpəz 0:0
Matçın 45-ci dəqiqəsində G.Kantariya penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
Sumqayıt şəhər stadionu

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 30. Filipe Çabi  23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç
Baş məşqçi: Samir Abasov

Kəpəz: 68. Orxan Sadıqlı, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 2. Zamiq Əliyev, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 8. Tural Axundov, 32. Elvin Yunuszadə, 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov

 Komanda.az
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button