“Qarabağ” – “Neftçi” matçının biletləri sabah satışa çıxarılacaq

Misli Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlər sabah yalnız onlayn (iticket.az) satılacaq. Oyun günü isə biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından ala bilərsiniz.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir. J1, J2, K1, K2, L1, L2 sektorları isə “Neftçi” azarkeşləri üçün nəzərdə tutulub.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Oktyabrın 1-də keçiriləcək “Qarabağ” – “Neftçi” matçına saat 18:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button