“Qarabağ” – “Nant” matçının hakimləri açıqlandı

UEFA Avropa Liqasında qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la “Nant” arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Enea Yorqyiyə Denis Reca və Ridiger Çokay yan xətt, Yucin Caya dördüncü hakim qismində yardımçı olacaq.

İtaliyalı Luka Payretto VAR hakimi, Cakomo Paqanessi isə onun köməkçisi funksiyasını yerinə yetirəcək.

Yorqyi 2019/2020 mövsümündə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin Rusiyada “Arsenal” (Tula) və “Neftçi” arasında keçirilmiş oyunun baş hakimi olub. Oyun Bakı komandasının qələbəsi ilə yekunlaşıb – 1:0.

Sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button