“Qarabağ” Miçellə vidalaşdı – RƏSMİ

“Qarabağ” ispaniyalı futbolçusu Miçellə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

İspan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Qarabağ” futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2015-ci ildən “Qarabağ”da oynayan Miçel Ağdam klubunda 155 matçda meydanda olub və 25 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button