“Qarabağ” “Marsel”i “süpürdü” – millinin keçmiş baş məşqçisi

Fransa millisinin keçmiş baş məşqçisi Raymon Domenek UEFA Konfrans Liqasının “Marsel” – “Qarabağ” matçı barədə (3:1) danışıb.

Komanda.az xəbər verir ki, Domenek, “LEquipe” açıqlamasında bunları deyib:

“Qarabağ” kimi komandaya qarşı fərqli mübarizə gözləyirdik. Rəqib “Marsel”i meydanda “süpürdü”. “Qarabağ”ı çətinliyə salmadıq. Bəzən insanı narahat edən qələbələr olur. Bəzi oyunçular gözlənilən kimi çıxış etmədi. İkinci qolda Arkadiuş Milik oyundankənar vəziyyətdə deyildi. Rəqibin də iki hücumunda ofsayd yox idi”.

Domenek 2004-2010-cu illərdə Fransa yığmasına rəhbərlik edib.

“Qarabağ”la “Marsel” arasındakı cavab oyunu fevralın 24-də Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button