“Ola bilər ki, hətta dünya çempionu olaq” – Niderlandlı futbolçu

Niderland millisinin qapıçısı Andris Noppert yığma komandanın DÇ-2022-dəki çıxışı haqda danışıb.

Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, futbolçu milli komandanın perspektivləri ilə bağlı fikirlərini bölüşüb. O, çempionluğa inandığını da gizlətməyib:

“Biz mümkün qədər irəliyə getmək istəyirik. Ola bilər ki, hətta dünya çempionu olaq. Mən bunu deməkdən çəkinmirəm”.

Seneqal millisini 2:0 hesabı ilə məğlub edən Niderland A qrupunda ikinci, Ekvador isə birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button