Qalte PSJ-nin əsas transfer hədəfini açıqladı

PSJ-nin baş məşqçisi Kristof Qalte “İnter”in futbolçusu Milan Skriniarın mümkün keçidi haqda danışıb.

Komanda.az “BeIN Sports”-a istinadən xəbər verir ki, o, slovakiyalı müdafiəçini uzun müddətdir izlədiyini deyib:

“Skriniarın bu ay və ya yay aylarında bizə qoşulacağını dəqiq deyə bilmərəm. Mən onun oyununu uzun müddətdir izləyirəm. Skriniar əsas transfer hədəflərimizdəndir. 2022/23 mövsümü başlamazdan öncə onunla müqavilə imzalamağa yaxın idik”.

Futbolçunun agenti onun “İnter”lə cari müqaviləsini yeniləmək fikrində olmadığını deyib. Skriniar 2022/23 mövsümünün sonunda azad agent kimi İtaliya klubunu tərk edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button