“Qalatasaray”ın hədəfi: Yamaykalı futbolçu

“Spartak”ın futbolçusu Şamar Nikolson karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az “takvim.com”-a istinadən xəbər verir ki, “Qalatasaray” 25 yaşlı yamaykalı futbolçunu transfer etməkdə iddialıdır. İstanbul təmsilçisi mövsümün sonuna qədər onu icarəyə götürmək istəyir.

Nikolson bu mövsüm Rusiya klubunun heyətində 34 oyuna çıxıb, 12 qol vurub. O, 2021-ci ilin dekabrından “Spartak”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button