
“Qalatasaray” İtaliya klubunun 20 milyon avroluq təklifini rədd edib
“Komo” “Qalatasaray”ın müdafiəçisi Davinson Sançesi heyətinə qatmaq niyyətindən vaz keçmir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Sesk Fabreqasın baş məşqçisi olduğu klub İstanbul təmsilçisinə 30 yaşlı futbolçu üçün bonuslarla birlikdə 20 milyon avro təklif etsə də, qarşı tərəf bu təklifi geri çevirib.
“Qalatasaray” kolumbiyalı müdafiəçinin transferindən 25-30 milyon avro gəlir əldə etmək istəyir.
Sançes 2023-cü ildə “Tottenhem”dən “Qalatasaray”a transfer olunub və qısa müddətdə Türkiyə Super Liqasının ən etibarlı müdafiəçilərindən birinə çevrilib.
Onun İstanbul klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



