“Qalatasaray” gürcü müdafiəçi üçün hərəkətə keçib

Moskva “Dinamo”sunun müdafiəçisi Saba Sazonov Türkiyənin “Qalatasaray” klubunun maraq dairəsindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Çempionat” nəşri məlumat yayıb.

Türkiyə klubu hələ ki, “Dinamo” ilə əlaqə saxlamayıb, ancaq futbolçunun ətrafı ilə danışıqlar olub.

21 yaşlı Sazonov 2022/2023 mövsümündə Rusiya Premyer Liqasında “Dinamo”nun heyətində 24 oyun keçirib və 1 qol vurub.

Gürcü müdafiəçi 2023-cü il gənclər arasında sonuncu Avropa çempionatının ən yaxşı oyunçularının simvolik komandasına daxil edilib. O, turnirin qrup mərhələsinin bütün oyunlarında, eləcə də 1/4 finalda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button