“Qalatasaray” 2 futbolçu ilə anlaşıb

“Qalatasaray” 2023/24 mövsümü üçün heyətini gücləndirmək istəyir. “Sarı-qırmızılar” hücum xəttini möhkəmləndirmək məqsədiylə rusiyalı və belçikalı futbolçularla razılıq əldə edib.

Komanda.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Serhat Ulueren məlumat yayıb.

İstanbul təmsilçisinin anlaşdığı oyunçuların adları hələlik açıqlanmayıb.

Bir müddət öncə “Fanatik” nəşri ÇSKA-nın hücumçusu Fedor Çalovun “Qalatasaray”a keçməyə razı olduğunu yazmışdı.

“Aslanlar” 2022/23 mövsümünü Türkiyə çempionu kimi başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button