“Qəbələ”nin futbolçusu əməliyyat olundu

“Qəbələ” futbolçularının sağlamlıq durumu ilə bağlı yeni məlumatı açıqlayıb.

Komanda.az əyalət klubunun rəsmi saytına istinadən xəbər verir ki, üç futbolçunun proqram üzrə bərpa prosesi davam edir.

“Qırmızı-qaralar”ın vitse-kapitanı Ürfan Abbasov bu gün çarpaz bağlarından əməliyyat olunub. Müdafiəçinin cərrahi müdaxiləsi uğurla yekunlaşıb.

Yaovi Akakpo və Gülağa Əsədov isə zədədən sonra xüsusi proqram üzrə bərpa prosesi keçir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button