“Qəbələ”nin baş məşqçisi məlum oldu – Rəsmi

“Qəbələ” klubunda baş məşqçi vəzifəsini icra edəcək çalışdırıcı müəyyənləşib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, klub rəhbərliyinin qərarına əsasən, yeni baş məşqçi təyin olunana qədər bu funksiyanı əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşıyev yerinə yetirəcək.

Azərbaycan Premyer Liqasının 3-cü turunun “Keşlə” ilə oyunundan (0:4) sonra Sənan Qurbanov baş məşqçi vəzifəsindən istefa verib və onun istefası qəbul olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button