Püşk atıldı, “Qarabağ” nominal meydan sahibi oldu

Futbol üzrə Azərbaycan kubokunun final görüşünün püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL), “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.

PFL-in texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Qarabağ”ın meneceri Şaiq Həsənov və “Zirə”nin baş menecer Elman Himayətoğlu püşkatmada iştirak edib.

Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Azərbaycan kubokunun final oyunu mayın 27-də, Qəbələ şəhər stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button