
Püşk atıldı: “Neftçi” “Braqa” ilə qarşılaşa bilər
“Neftçi”nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandasını məğlub etsə, “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



