PSJ yunan futbolçunu transfer etmək istəyir

Belçikanın “Genk” klubunun yarımmüdafiəçisi Konstantinos Karetsas PSJ-nin transfer hədəfinə çevrilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 18 yaşlı futbolçunun transferi üçün “Genk”ə ilk rəsmi təklifini etməyə hazırlaşır.

Karetsasın çıxışı Avropanın digər aparıcı klublarının da diqqətindən kənarda qalmayıb. Belə ki, “Bayern”, “Napoli”, “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” də onu yaxından izləyən klublar sırasındadır.

Yunanıstanlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 27 oyunda iştirak edib, 2 qol vurub və 10 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button