PSJ Vitinya ilə bağlı qərar verib

PSJ-nin yarımmüdafiəçisi Vitinya “Real”a keçməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubunun prezidenti Nasser Əl-Xələfi portuqaliyalı futbolçunun satılmasına qəti şəkildə qarşıdır. Paris klubunun “Real”ın prezidenti Florentino Pereslə heç bir danışıq aparmayacağı bildirilib.

Vitinya bu mövsüm bütün yarışlarda 23 oyunda meydana çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button