Fransa klubu Vinisiusu yaxından izləyir

Braziliyalı vinger Vinisius Junior yeni müqavilə ilə bağlı tələbləri yerinə yetirilmədiyi təqdirdə “Real”ı tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Vinisiusla “kral klubu” arasında yaranan vəziyyəti PSJ yaxından izləyir. Paris təmsilçisinin prezidenti Nasser Əl-Xələfi onun transferində şəxsən maraqlıdır.

24 yaşlı futbolçunun “Real”la müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq. O, cari mövsümdə 31 oyunda meydana çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button