PSJ-nin rəhbərindən klubdan ayrılacağı deyilən Mbappe haqda açıqlama

PSJ-nin sahibi və prezidenti Nasser Əl-Xələfi hücumçu Kilian Mbappenin klubdan ayrıla biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klub rəhbəri fransalı futbolçunun PSJ-də xoşbəxt olduğunu deyib:

“Mən bu suala hər ay, hər həftə və hər gün cavab verməliyəm. Mbappe müqaviləni təzəcə yenilədi, hamımız xoşbəxtik. Komanda mövsümdə heç bir oyunda uduzmayıb, biz artıq ardıcıl 100 oyun üçün matçlara bilet satmışıq”.

Mbappe Fransa millisi ilə Qətərdə keçirilən dünya çempionatında iştirak edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button