PSJ müdafiəçisini saxlamaqda israr etməyəcək

PSJ-nin müdafiəçisi Markinyos mövsümün sonunda komandasını dəyişə bilər.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 31 yaşlı futbolçunu komandada saxlamaq üçün israrlı olmayacaq. Markinyos ayrılmaq qərarı versə, klub ona mane olmayacaq.

Braziliyalı müdafiəçi cari mövsümdə Liqa 1-də 11 oyunda iştirak edib və onların 8-də start heyətdə yer alıb. O, UEFA Çempionlar Liqasında komandanın əsas oyunçularından biri hesab olunur.

Markinyosun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button