PSJ-nin qapıçısı “Real”da?

Fransanın PSJ klubunun qapıçısı Alfons Areola karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Komanda.az “RMC Sport”a istinadən xəbər verir ki, “Real” 26 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Kral klubu” artıq fransalı qolkiperi tibbi müayinədən keçirib. Madridlilər Areolanı PSJ-yə keçməyə hazırlaşan Keylor Navasın əvəzləyicisi kimi icarəyə götürməyi planlaşdırır.

2010-cu ildən PSJ-nin şərəfini qoruyan Areolanın klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button