Fransalı futbolçu PSJ-dəki durumundan məmnun deyil

PSJ-nin qapıçısı Luka Şevalye mövsümün sonunda klubdan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki. 24 yaşlı qolkiper cari mövsümdə rusiyalı qapıçı Matvey Safonova rəqabətdə uduzaraq, komandanın “ikinci nömrə”sinə çevrilib.

Bildirilir ki, Şevalye hazırkı vəziyyətindən məmnun deyil və daha çox oyun praktikası əldə etmək üçün klubunu dəyişmək variantını nəzərdən keçirir.

Fransalı futbolçu PSJ-yə ötən yay transfer olunmuş və 2030-cu ilin iyununa qədər olan uzunmüddətli müqavilə imzalamışdı. Onun bazar dəyəri təxminən 30 milyon avro olaraq qiymətləndirilir.

O, cari mövsümdə Fransa Liqa 1-də 17 oyuna çıxıb, 13 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button