PSJ-nin oyunu təxirə salındı

Fransa çempionatının 29-cu turunun “Lans” – PSJ oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə qərarı Fransa Peşəkar Futbol Liqası verib.

Paris təmsilçisinin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Liverpul”la oyunlarına (8-14 aprel) yaxşı hazırlaşması üçün Liqa 1 matçı təxirə salınıb. Qarşılaşma aprelin 11-də keçirilməli idi.

UEFA Konfrans Liqasının 1/4 finalında “Maynts”ın rəqibi olan “Strasburq”un çempionatdakı görüşünün də vaxtı dəyişdirilib. Təxirə salınmış hər iki oyun 13 may tarixində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button