
PSJ-nin oyunu təxirə salındı
Fransa çempionatının 29-cu turunun “Lans” – PSJ oyunu təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə qərarı Fransa Peşəkar Futbol Liqası verib.
Paris təmsilçisinin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Liverpul”la oyunlarına (8-14 aprel) yaxşı hazırlaşması üçün Liqa 1 matçı təxirə salınıb. Qarşılaşma aprelin 11-də keçirilməli idi.
UEFA Konfrans Liqasının 1/4 finalında “Maynts”ın rəqibi olan “Strasburq”un çempionatdakı görüşünün də vaxtı dəyişdirilib. Təxirə salınmış hər iki oyun 13 may tarixində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



