PSJ-nin futbolçusu Premyer Liqa klubuna keçməyə yaxındır

PSJ-nin hücumçusu Uqo Ekitike İngiltərədə oynamaqda israrlıdır.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, fransalı forvard “Vulverhempton”la razılığa gəlib.

Premyer Liqa təmsilçisi mövsümün sonuna qədər onu icarəyə götürəcək.

21 yaşlı futbolçu “Reyms”, “Vayle”də oyndıqdan sonra 2022-ci ildə PSJ-yə icarəyə verilib. Sonradan isə Fransa nəhəngi onun transfer hüququna sahib çıxmışdı.

Uqonun PSJ ilə müqaviləsi 2027-cı il iyunun 30-na qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button