“Oyununu daha da inkişaf etdirsə, dünyanın ən yaxşısı ola bilər”

PSJ-nin futbolçusu Keylor Navas komanda yoldaşı Kilian Mbappe haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan qapıçı, Mbappeylə bağlı bunları deyib:

“Mbappe möhtəşəm oyunçudur. Yaşına görə meydanda çox yaxşı işlər görür. Oyununu daha da inkişaf etdirsə, dünyanın ən yaxşısı ola bilər.

Artıq bir müddətdir ki, burdayam. Komandaya uyğunlaşıram. Bura qazanmaq üçün gəldim və son zamanlarda aldığımız nəticələrdən məmnunam”.

Bu yay “Real”dan PSJ-yə keçən Navas, parislilərlə 10 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button