PSJ-ni Qətər klubuna dəyişdi

Braziliyalı yarımmüdafiəçi Rafinya Fransa çempionu PSJ-dən ayrılıb.

Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu Qətərin “Əl-Ərəbiyə” klubuna keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Rafinya PSJ-yə 2020-ci ilin oktyabrında İspaniyanın “Barselona” klubundan 1,5 milyon avro qarşılığında keçmişdi. Lakin o, bu komandada cəmi 39 oyuna çıxıb. Ötən mövsüm isə futbolçu icarə əsasında İspaniyanın “Real Sosyedad” klubunun uğurları üçün çalışıb.

Braziliya yığmasında 2 oyun keçirib, 1 qol vurmuş futbolçu, “Barselona”nın yetirməsidir. O, Kataloniya təmsilçisi ilə yanaşı, “Selta” və “İnter”in də formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button