PSJ-dən 95 milyon avroluq transfer

Frankfurt “Ayntraxt”ının hücumçusu Randal Kolo-Muani PSJ-yə keçib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, parislilər 24 yaşlı fransalı futbolçunu 95 milyon avroya transfer ediblər. PSJ dərhal 75 milyon avro ödəyəcək və daha 15 milyonu bonus olaraq ödəyəcək.

Kolo-Muani ötən yaydan “Ayntraxt”da çıxış edir. O, bu mövsüm komandanın heyətində bütün yarışlarda 4 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button