PSJ-dən Verrattinin zədəsi haqda açıqlama

PSJ-nin mətbuat xidməti italiyalı yarımmüdafiəçi Marko Verrattinin zədəsi haqda açıqlama yayıb.

Komanda.az xəbər verir ki, futbolçunun sol dizində qançır var, onun sağalma müddəti məlum deyil.

Verratti 2012-ci ilin yayından PSJ-də çıxış edir. Onun parislilərlə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

30 yaşlı italiyalı futbolçu bu mövsüm PSJ-nin heyətində 35 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button