PSJ ciddi itki ilə üzləşdi

Fransanın PSJ komandası ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Marko Verratti zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı yarımmüdafiəçinin Liqa 1-in 11-ci turu çərçivəsində baş tutan Marsel “Olimpik”i ilə səfər oyununda sıradan çıxdığı diqqətə çatdırılıb.

Bud əzələsindən xəsarət alan futbolçunun təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Verrati qarşıdakı üç çempionat matçında forma geyinə bilməyəcək. O, UEFA Çempionlar Liqasında Almaniyanın “Leyptsiq” komandasına qarşı keçirəcəkləri matçı da buraxacaq.

Bundan başqa, Verratti İtaliya millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçrə və Şimali İrlandiya ilə oyunlarını da buraxmalı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button