
PSJ Qavi üçün hərəkətə keçəcək – Bir şərtlə
PSJ “Barselona”nın yarımmüdafiəçisi Qavinin transferini nəzərdən keçirir.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, parislilər bu addımı yalnız bir şərtlə atacaq – komandanın liderlərindən olan Vitinya “Real”dan gələn təklifə razılıq verib Madrid klubuna keçsə.
“Kral klubu” portuqaliyalı futbolçunu heyətinə qata bilsə, PSJ dərhal ispaniyalı yarımmüdafiəçi üçün rəsmi danışıqlara başlayacaq.
Paris təmsilçisi Qavi üçün təxminən 100 milyon avro ödəməyə hazırdır. Ancaq bu məbləğin böyük qisminin bonuslardan ibarət olacağı bildirilir.
Hazırda zədəli olan 21 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2030-cu ilə kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



