Premyer Liqada yeni rekordçu – 289 oyunda…

İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində “Mançester Siti”nin “Everton”a 3:1 hesabıyla qalib gəldiyi oyun David Silva üçün əlamətdar olub.

Komanda.az “Mançester Siti”nin rəsmi saytına istinadən xəbər verir ki, “şəhərlilər”in kapitanı klubun heyətində 200-cü Premyer Liqa qələbəsinə sevinib. Keçirdiyi 289 oyunda 200 qələbəyə sevinən ispan futbolçu, 300-dən az qarşılaşmada buna nail olan ilk futbolçudur.

2010-cu ildən “Mançester Siti”nin şərəfini qoruyan 33 yaşlı futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button