
Tanınmış məşqçi Premyer Liqanın sürətindən şikayətləndi
“Tottenhem”in sabiq baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasındakı futbol tərzi barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı mütəxəssis, hazırda Premyer Liqa oyunlarının çoxlu fasilələr və texnologiya müdaxilələri ilə xarakterizə olunduğunu və bunun da komandaların sürətli oyun qurmasını çətinləşdirdiyini bildirib:
“Son bir neçə ildə Premyer Liqa çox strukturlaşmış futbol sistemi yaradıb və sürətli ritm əldə etmək demək olar ki, mümkünsüzdür. Yurgen Kloppun (“Liverpul”un sabiq baş məşqçisi) “rok-n-roll və ya heavy metal” üslubunda futbolunu bu gün demək olar ki, oynamaq mümkün deyil”.
Postekoqlu əlavə edib ki, hər məşqçi öz üslubunu və futbol baxışını oyuna gətirə bilər, amma oyun fasilələri və standart vəziyyətlər sürəti məhdudlaşdırır. O, ümid edir ki, yaxın gələcəkdə kimsə bu çətinlikləri aşaraq oyuna yeni dinamika gətirəcək:
“Amma gec-tez biri çıxacaq və deyəcək: “Mən sizə göstərəcəm, necə bu maneələri aşa bilərik”.
Bizi Facebook-da izləyin



