Premyer Liqa: İki turun təqvimi məlum olub

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli bəlli olub.

Komanda.az xəbər verir ki, mayda baş tutacaq 33-cü və 34-cü turun qarşılaşmalarının təqvimi açıqlanıb.

Gəncə şəhər stadionunun ot örtüyündə aparılan yenidənqurma işləri davam etdiyindən, 33-cü turun “Kəpəz” – “Sabah” oyunu Qəbələ şəhər stadionunda keçiriləcək.

Premyer Liqa, 33-cü tur

5 may

18:00 Kəpəz – Sabah
Qəbələ şəhər stadionu

6 may

16:30 Şamaxı – Zirə
Şamaxı şəhər stadionu

19:00 Qarabağ – Qəbələ
“Azersun Arena”

7 may

16:30 Turan Tovuz – Neftçi
Tovuz şəhər stadionu

19:00 Sumqayıt – Səbail
Sumqayıt Arena

34-cü tur

12 may

19:00 Zirə – Kəpəz
“Zirə” İK stadionu

13 may

18:00 Qəbələ – Turan Tovuz
Qəbələ şəhər stadionu

20:30 Səbail – Qarabağ
“ASCO Arena”

14 may

18:00 Sumqayıt – Sabah
Sumqayıt Arena

20:30 Neftçi – Şamaxı
“Bakcell Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button