Portuqaliyada karantində qalan milli üzvləri Bakıya qayıtdı

Portuqaliyaya yollanmış cüdo üzrə Azərbaycan milli komandasının üzvlərinin hamısı ölkəyə qayıdıb.

Komanda.az xəbər verir ki, 28-30 yanvar 2022-ci tarixlərində Portuqaliya Qran Prisində iştirak etmək üçün adıçəkilən ölkənin Almada şəhərinə yollanan yığma heyətinin bəzi üzvlərində PCR testinin nəticələri pozitiv olduğu üçün onlar yarışlara buraxılmamış və təcrid olunmuşdular.

Həmin heyət üzvlərindən beş nəfəri 3 fevralda, üç nəfəri isə 9 fevralda müalicələrini və təcrid müddətlərini başa vuraraq neqativ test nəticələri ilə Azərbaycana geri dönüblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button