Azərbaycan klubu portuqaliyalı futbolçuya təklif göndərdi

Portuqaliyanın “Pasuş de Ferreyra” klubunun futbolçusu Pedrinyo Azərbaycandan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb. Xəbərdə, 27 yaşlı yarımmüdafiəçinin Azərbaycan və Kipr klublarından təklif aldığı bildirilib. Pedrinyoya təklif göndərən Azərbaycan təmsilçisinin adı açıqlanmayıb. Kiprin isə “Anortosis” klubu futbolçuyla maraqlanır.

Pedrinyo 2016-cı ildən “Pasuş de Ferreyra”nın formasını geyinir. Onun klubla müqaviləsi iyunun 30-da bitib.

Pedrinyo son mövsümdə 39 oyunda forma geyinib. Portuqaliyalı futbolçu bu oyunlarda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button