“Mbappe dünyanın ən yaxşı futbolçusu olmaq istəyirsə, “Real”a getməlidir”

Portuqaliyalı mütəxəssis Joze Mourinyonun keçmiş köməkçisi Luis Kampos açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kampos, Mourinyonun yenidən “Real”a qayıtmalı olduğunu deyib:

“Real” ən yaxşı baş məşqçiyə sahib olmalıdır və Mourinyonun da karyerası ona ən yaxşı klublarda çalışmağa imkan verir. Düşünürəm ki, Kilian Mbappe də “Real”a gedəcək. Mbappe dünyanın ən yaxşı futbolçusu olmaq istəyirsə, “Real”a getməlidir. Madriddə Mourinyo ilə Mbappe arasında görüş qaçılmazdır”.

Kampos 2010-2013-cü illərdə “Real”da baş məşqçi Joze Mourinyonun köməkçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button