
Portuqaliyalı futbolçudan Ronaldo – Messi müqayisəsi
Portuqaliya millisinin yarımmüdafiəçisi Fransisko Trinkao, Lionel Messi ilə Kriştiano Ronaldonu müqayisə edib.
Trinkao karyerası ərzində “Barselona”da Messi ilə, Portuqaliya millisində isə Ronaldo ilə eyni komandada çıxış edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, Ronaldo ilə Messinin hər zaman qalib gəlmək və ən yaxşı olmaq istədiklərini bildirib:
“Onların oxşar cəhəti? Düşünürəm ki, liderlik keyfiyyətləri və futbola yanaşmalarıdır. Hər zaman qalib gəlmək və ən yaxşı olmaq istəyirlər. Artıq 20 ildir ki, futbolun zirvəsindədirlər.
Mənim üçün Kriştianonu yaxından görmək, onun hər gün nələr etdiyini izləmək inanılmazdır. O, həmişə Portuqaliyanın qalib gəlməsini istəyir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



