Poqba İtaliyaya qayıdır – qazancı da məlumdur

“Mançester Yunayted” in yarımmüdafiəçisi Pol Poqba mövsümün sonunda “Yuventus”a keçəcək.

Komanda.az “La Gazetta dello Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu Turin klubuna azad agent kimi keçəcək. Poqbanın “Mançester Yunayted”lə müqaviləsi bu ilin yayında başa çatır.

29 yaşlı futbolçunun “Yuventus”la illik 7,5 milyon avro maaşla 3 illik müqavilə imzalayacağı gözlənilir.

Poqba 2012-2016-cı illərdə də “Yuventus” da forma geyinib.