Pepe açıqladı: Hədəfimiz finala yüksəlməkdir

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Roma” ilə qarşılaşacaq “Portu”nun futbolçusu Pepe açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı futbolçu hədəflərinin Çempionlar Liqasının finalına yüksəlmək olduğunu bildirib:

“Belə oyunlarda ən vacibi komanda ruhudur. Qalib gəlmək üçün hər şey edəcəyik. Portuqaliyadakı oyuna üstün yollanmaq, ölkəmizə qələbə ilə qayıtmaq istəyirik. Meydanda olacaq futbolçular əllərindən gələn hər şeyi edəcəklər. “Portu” Çempionlar Liqasında qələbə qazanmağa davam etmək və sonda finala yüksəlmək hədəfindədir”.

Qış transfer pəncərəsi dövründə “Beşiktaş”la yollarını ayıran portuqliyalı futbolçu, “Portu”ya qayıtması haqqında danışıb:

“Çempionlar Liqasında oynamaq hər zaman möhtəşəm bir hissdir. Bu kluba mənə yenidən bu şansı verdiyi üçün təşəkkür edirəm. “Portu” formasıyla “Roma”ya qarşı oynayacağım üçün xoşbəxtəm”.

“Roma” – “Portu” oyunu bu gün, saat 00:00-da start götürəcək.