Azərbaycanlıların “öldürdüyü” Peledən son xəbər

Braziliya millisinin sabiq üzvü Pelenin əməliyyat olunduğunu xəbər vermişdik.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq üçqat dünya çempionu xəstəxanadan evə buraxılıb.

Sidik kisəsində olan daşın götürülməsi üçün əməliyyat edilən Pelenin hazırda sağlıq vəziyyətinin yaxşı olduğu bildirilir. Yeri gəlmişkən, dünən Azərbaycanda bəzi mətbu orqanlarında və sosial şəbəkədə Pelenin öldüyü haqda xəbərlər yayılmışdı.

Pele Braziliya millisi ilə 3 dəfə dünya çempionatının qalibi olub. Karyerası ərzində 1281 qol vuran keçmiş hücumçu, futbol dünyasının canlı əfsanələrindən biri olaraq göstərilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button