Paytaxt klubunda yeni qapıçı

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi Portuqaliyanın “Benfika” klubunun qapıçısı Mile Sviları heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı qolkiper yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

Xatırladaq ki, “Roma” Svilardan öncə İngiltərənin “Mançester Yunayted” klubundan serbiyalı müdafiəçi Nemanya Matiçi transfer etmişdi. Paytaxt klubunun növbəti transferinin Türkiyə millisinin üzvü Zəki Çəlik olacağı bildirilir. Artıq futbolçunun özü, həmçinin formasını geyindiyi Fransanın “Lill” klubu ilə bütün məsələlərdə razılıq əldə olunduğu iddia edilir.