“Parisə qalib gəlmək üçün gedəcəyik” – Naqelsmann

“Bayern”in baş məşqçisi Julian Naqelsmann Çempionlar Liqasının 1/8 finalında PSJ ilə qarşıdakı oyunu şərh edib.

Komanda.az “Telefoot” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Parisə qələbə qazanmaq üçün gedəcəklərini deyib:

“Bizim “Bohum”a, onların isə “Monako”ya uduzmasının fərqi yoxdur. Biz Parisə qalib gəlmək və əlimizdən gələnin ən yaxşısını etmək üçün gedəcəyik”.

Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ – “Bayern” oyunu fevralın 14-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button